Meksikanın Miçiogan əyalətində naməlum cinayətkarların hücumu nəticəsində ən azı 14 polis əməkdaşı həlak olub. Bu barədə bazar ertəsi Meksika ictimai təhlükəsizlik nazirliyi rəsmi "Twitter" səhifəsində açıqlayıb. "İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi nazirliyi, Miçioganda 14 polisin öldürülməsi ilə nəticələnən hücumu pisləyir" mesajda qeyd olunur. Ətraflı məlumat verilmir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-avqust aylarında Meksikada 23,7 min adam cinayətkarların əlindən ölüb, bu da 2018-ci illə müqayisədə 3,5% çoxdur. Minlərlə insanın ölümünə görə məsuliyyət narkotik mafiyasının üzərinə düşür. Sentyabrın əvvəlində prezident Andres Manuel Lopez Obrador cinayətkarlığa qarşı mübarizəni əsas məqsədi olduğunu deyib.
Meksikada cinayətkarlar 14 polisi öldürdü
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qod Nisanovun bazarına PUA hücumu edildi
18.06.2026, 13:33 / DÜNYA -
İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - Görüntülər
16.07.2025, 17:26 / DÜNYA -
Rusiyadan Bəşər Əsədi istədi
22.03.2025, 21:20 / DÜNYA -
"Haber Global": Əkrəm İmamoğlu bütün ittihamlarını rədd edib
22.03.2025, 15:56 / GÜNDƏM, Özəl, DÜNYA -
Özcan Deniz ürək əməliyyatı olunacaq
26.02.2025, 14:52 / ŞOU-BİZNES, DÜNYA -
Makron villasını satır - Foto
12.02.2025, 15:24 / DÜNYA -
İlon Mask: USAID bioloji silahların hazırlanmasını maliyyələşdirib
03.02.2025, 14:42 / DÜNYA

























