Meksikada həbsxanaya hücum edilib: 14 ÖLÜ, 13 YARALI

OXUNUB: 261 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikanın Syudad Xuares şəhərində silahlı şəxslər həbsxanaya hücum ediblər. Zirehli maşınlarla həbsxanaya gələn silahlı basqınlar nəticəsində 10 gözətçi və 4 məhbus həyatını itirib. Çihuahua Prokurorluğundan verilən açıqlamada yerli vaxtla saat 07:00 radələrində baş verən hadisədə ən az 24 məhbusun həbsxanadan qaçdığı bildirilib. Həbsxanada vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


RƏYLƏR