Meksikada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 112-yə çatıb

OXUNUB: 157 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikada davam edən həddindən artıq istilər səbəbindən insan itkiləri artır. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkənin bəzi bölgələrində havanın temperaturunun 50 dərəcəyə yaxınlaşması nəticəsində həyatını itirənlərin sayı 112-yə yüksəlib. Bildirilib ki, ölüm hallarının əksəriyyəti 18-24 iyun tarixləri arasında, digərləri isə əvvəlki həftələrdə baş verib. Ən çox ölüm halı 64 nəfərlə şimaldakı Nuevo Leon əyalətində qeydə alınıb. Tamaulipasda 19, Verakruzda isə 15 ölüm qeydə alınıb. Meksika Milli Meteorologiya Xidmətinin (SMN) məlumatına görə, bu il üçün proqnozlaşdırılan 4 isti dalğasından 3-ü keçib.

7NEWS.az

RƏYLƏR