Meksikada ictimai yerlərdə tütün məmulatlarının istifadəsi qadağan edildi

OXUNUB: 586 Özəl DÜNYA
Meksika hökuməti 2008-ci ildə qəbul edilmiş barlar və restoranlar kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edən qanunu çimərliklər və parklar da daxil olmaqla bütün ictimai yerlərə qədər genişləndirdi. 

7NEWS.az xəbər verir ki, Meksika ictimai yerlərdə siqaret çəkməyi qadağan etməklə dünyada tütünə qarşı ən sərt qanunlardan birini qəbul edib. 2021-ci ildə təsdiq edilən və sabahdan etibarən tətbiq olunacaq yeni tənzimləmə çərçivəsində hətta satış nöqtələrində tütün məmulatlarının təşviqi, reklamı və sponsorluğu qadağan edilib. 

Digər Cənubi Amerika ölkələri əvvəllər tütündən istifadəni məhdudlaşdıran qanunlar qəbul etsə də, bu ölkələr arasında ən əhatəli və təsirli tədbir görən ölkə Meksika olub. Siqaret çəkənlər qanunun icrası ilə bağlı narahatlıqlarını ifadə edərkən, bu tənzimləmənin korrupsiyanın adiləşdiyi ölkədə hüquq-mühafizə orqanları üçün "yeni rüşvət qapısı” ola biləcəyi iddia edilib.  

7NEWS.az

RƏYLƏR