Meksikada son həftələrdə təsirli olan istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib.
7NEWS.az xəbər verir ki, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır. Ən çox itki verən ştatlardan biri olan Nuevo Leon ştatında 64, Tamaulipasda 19, Verakruzda 15 və Tabaskoda 14 nəfər həlak olub.
Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin yaş həddi 45-64 arasında olduğu, 112 nəfərdən 104-nün isti vurması nəticəsində dünyasını dəyişdiyi bildirilib.
7NEWS.az