Meksikanın paytaxtı Mexiko şəhərinin şimalında iki metro qatarının toqquşması nəticəsində 1 nəfər ölüb, 57 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, Meksika rəsmiləri paytaxt Mexiko metrosunun 3-cü xətti olan La Raza və Potrero stansiyaları arasında iki qatarın toqquşduğunu açıqlayıb.
Qəzada 1 nəfər ölüb, 57 nəfər yaralanıb. Bildirilib ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və yanğınsöndürənlər göndərilib.
7NEWS.az