7NEWS.az xəbər verir ki, Meksikanın Morelos əyalətində yerləşən Totolapan şəhərində qanunsuz atəşfəşanlıq istehsal edilən evdə partlayış baş verib. Partlayış nəticəsində evi alov bürüyüb, hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlər göndərilib. Partlayış nəticəsində 10 nəfərin həyatını itirdiyi, 20 nəfərin yaralandığı bildirilib. Totolapan Bələdiyyə Başçısı Sergio Livera bölgədə axtarış-xilasetmə işlərinin saatlarla davam etdiyini, ölənlərin sayının arta biləcəyini bildirib.
Morelos Əyalət Mülki Müdafiə Koordinasiyasından verilən açıqlamada, icazəsiz atəşfəşanlıqların evdə istehsal edilərək saxlanıldığı, partlayışın səbəbinin hələ müəyyən edilmədiyi bildirilib. Partlayışla bağlı araşdırmaya başlanıldığı açıqlanıb.
7NEWS.az