Meksikada silahlı toqquşma: 12 ölü

OXUNUB: 726 DÜNYA

Meksikanın Qerrero ştatında yerli sakinlərlə özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində ən azı 12 nəfər öldürülüb, 1-i yaralanıb.

 Qarşıdurma Akapulko şəhəri yaxınlığındakı Konsepsyon qəsəbəsi ərazisində baş verib.

Özünümüdafiə dəstəsi qəsəbəyə daxil olaraq dörd yerli sakini öldürüb. Kəndlilər də buna cavab olaraq odlu silahdan istifadə ediblər və dəstənin 8 döyüşçüsünü güllələyiblər. Hazırda hadisə yerinə polis qüvvələri, dəniz piyadaları və ordu göndərilib./publika

İcmal.Az

RƏYLƏR