Meksikada təyyarə qəzaya uğrayıb: 2 yaralı VAR

OXUNUB: 320 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikanın Xalisko ştatının Puerta Vallarta şəhərindəki Qustavo Diaz Ordaz hava limanından havaya qalxan kiçik təyyarə havaya qalxdıqdan az sonra hava limanı yaxınlığındakı boş sahəyə çırpılıb. Bildirilib ki, ətrafdakı vətəndaşlar qəza yerinə əvvəlcə çatarkən, mülki müdafiə qruplarının gəlməsi ilə təyyarədə olan 2 nəfər yaralı olaraq xilas edilib. Xəsarət alan 2 ekipaj üzvünün sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparıldığı, səhhətlərinin ağır olduğu bildirilib. ABŞ-ın Texas ştatının MakAllen şəhərinə gedən kiçik təyyarənin ilk təsbitlərə görə mexaniki nasazlıq nəticəsində qəzaya uğradığı müəyyən edilib.

7NEWS.az

RƏYLƏR