Meksikada yanacaq tankeri partlayıb

OXUNUB: 143 Özəl DÜNYA

Meksikada yanacaqla dolu tanker partlayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində aşan tanker bir nəfərin ölümünə səbəb olub. 

7NEWS.az xəbər verir ki, Meksikanın Puebla ştatında dəhşətli partlayış baş verib. Magistral yolda 30 min litr yanacaq yüklənmiş tanker sürücüsü idarəetməni itirdikdən sonra aşıb. Qəza nəticəsində avtomobil partlayıb. 36 yaşlı sürücü dünyasını dəyişib. 

Tankerdən sızan yanacaq yolda və ətrafda böyük yanğına səbəb olub. Partlayışdan sonra yanan tankerin törətdiyi yanğın sakinlər arasında təşviş yaradıb. Puebla ştatının qubernatoru alovun yanğınsöndürənlər tərəfindən nəzarət altına alındığını və heç kimin risk altında olmadığını bildirib. 

7NEWS.az

RƏYLƏR