Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
Bundan əvvəl 71 nəfərin öldüyü bildirilirdi.
Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb./apa
İcmal.Az

























