Məktəbdə hamilə qadını vəhşicəsinə döydülər - VİDEO

OXUNUB: 1283 DÜNYA

Polis məzun günü məktəblərin birində çəkilən görüntülərlə bağlı araşdırmalara başlayıb.

Görüntülər Nyu-Yorkdakı "William Floyd High School"da çəkilib. Videoda hamilə qadının 3-4 nəfər tərəfindən vəhşicəsinə döyülməsi əks olunub.

Döyülən şəxsin adı Byankadır. Onun 21 yaşı var və 15 həftəlik hamilədir. Hadisədən sonra  New York Post-a danışan qadın bildirib ki, onun məqsədi, sadəcə, bacısını müdafiə etmək olub.

"Bacım məzun günündə oradakı qızlardan biri ilə savaşdı. Mən də onu qorumaq üçün araya girdim. Məni döydülər. Bir az baş ağrılarım var, amma yaxşıyam. Mənim məzun gününü məhv etmək kimi niyyətim yox idi"./milli

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məktəbdə 15 həftəlik hamilə qadını vəhşicəsinə döydülər

RƏYLƏR