Məleykə Abbaszadə: İmtahanların vaxtı gələn həftə bəlli olacaq

OXUNUB: 762 SOSİAL

Builki qəbul, buraxılış və müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub.

Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, məsələ ilə bağlı müvafiq orqanlarla razılaşmalar aparıldığını bildirib:

"İmtahanlar kütləvi tədbirlərdir. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”./oxu

İcmal.Az

RƏYLƏR