Məmur övladları kütləvi HƏBS EDİLDİ

OXUNUB: 693 DÜNYA
Belarusda korrupsiya ittihamı ilə bir neçə məmur həbs edilib.

Bununla bağlı ölkənin milli təhlükəsizlik xidmətinin rəhbəri Valeri Vakulçik məlumat verib.

"Söhbət bir insandan, bir faktdan və bir cinayət işindən getmir”, - o bildirib.

Vakulçik saxlanılanların adlarını açıqlamasa da, onların yüksək vəzifəli olduqlarını deyib.

"Burada vacib olan səviyyə deyil, həcmdir... Külli miqdarda rüşvətlər...

Əlimizdə on minlərlə dollar rüşvət faktı var. Hazırda 140 min dollar rüşvət sübuta yetirilib. Ancaq bu rəqəmin artacağı istisna etmir”, - komitə sədri əlavə edib.

Xatırladaq ki, mayın sonlarında MTN ölkə prezidentinin köməkçisi Sergey Rovneykonu həbs edib. O, 200 min dollar rüşvət almaqda və dələduzluqda ittiham olunub./big
 

İcmal.Az

RƏYLƏR