Mənsum İbrahimova və Arif Qazıyevə Prezidentin fərdi təqaüdü verilib

OXUNUB: 54557 Texnologiya MƏDƏNİYYƏT GÜRCÜSTAN Video

Bakı. 1 may. / Prezident İlham Əliyev "Mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədlə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə İbrahimov Mənsum İsrafil oğluna və Qazıyev Arif Lətif oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

RƏYLƏR