Mənzildən qızıl oğurlayan hicablı qadını qolundakı döymə ələ verdi - VİDEO

OXUNUB: 1443 DÜNYA

Türkiyənin Adana şəhərində qızıl oğrusu olan qadın özünü ələ verib.

Seyhan mahalının Qurtuluş məhəlləsində bir evə girib 25 min lirəlik qızıl oğurladığı irəli sürülən qadın törətdiyi cinayətdən sonra getdiyi kababçıda tutulub. Onu ələ verən səbəb isə qolundakı döymə olub. Qoluna qızının adını yazdıran qadın tutulub.

Təhlükəsizlik kameralarını bir-bir araşdıran polis hicablı 4 qadından şübhələnib. Qadınların evi soyduqdan sonra bir restorana gedərək Adana kababı yeyərək oğurluğu qeyd etdikləri məlum olub.

Təhlükəsizlik kamerasını diqqətli araşdıran polislər bir qadının qolunda "Cansu" yazılmış döymə olduğunu müəyyən edib. Polislər Leyla G. adlı bir qadının "Cansu" adında qızı olduğunu ortaya çıxarıblar. 

Təhlükəsizlik İdarəsinə gətirilən hicablı qadın cinayət əməlini etiraf edib. Leyla G. məhkəmənin qərarı ilə həbs olunub./milli

 


İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənzildən qızıl oğurlayan hicablı qadını qolundakı döymə ələ verdi

RƏYLƏR