Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1300-ü keçib

OXUNUB: 189 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mərakeşin Əl-Huz bölgəsində baş verən zəlzələdə ölənlərin sayının 1305-ə, yaralıların isə 1832-yə yüksəldiyi bildirilib.
Dünən yerli vaxtla saat 23.10-da Mərakeşin Mərakeş şəhərinin El-Huz bölgəsində 7 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin paytaxt Rabat başda olmaqla Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunduğu bildirilib.

7NEWS.az

RƏYLƏR