7NEWS.az xəbər verir ki, Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib. Baytaş, zəlzələnin balansında artım olduğunu və ölənlərin sayının 2 min 960-a yüksəldiyini bildirib. Sahədə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif maraqlı tərəflər arasında koordinasiya əsasında aparıldığını qeyd edən Baytaş hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini bildirdi.
7NEWS.az