Mərdan Camalov bunu da etdi: "ŞƏHİD ATASININ TORPAĞINI ƏLİNDƏN ALDI, ÖZÜNÜ İSƏ DÖYMƏK İSTƏDİ" - İDDİA

OXUNUB: 436 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə sosial mediada məlumat paylaşılıb. Məlumatda qeyd olunur ki, şəhid atasının torpağının qanunsuz 'işğalı' azmış kimi, özü də başçı tərəfindən döyüləcəkmiş: "Zərdab rayonu Alıcanlı kənd sakini şəhid atası Əsədov Ataxan Əsəd oğlu:  "Mənim oğlum Sərdar Əhədov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.Mən buna görə fəxr edirəm qürur duyuram.Torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab rayon icra başçısı Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar.Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər.Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov və  onun müavini Pərvin Mahmudova verib.  Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum.Sonucu dəfə o mənim üstümə şığıyıb "məni bezdirmisən mən torpaq işinə baxmıram qışqırıb məni vurmaq istədi".Orada olan insanlar müdaxilə etməsəydi icra başçısı məni vuracaydı."
Mövzunu davam etdirəcəyik.
7NEWS.az

RƏYLƏR