7NEWS.az xəbər verir ki, Çində həftələrdir təsirli olan isti dalğası meşə yanğınlarına səbəb olub. Avqustun 18-də ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində meşə və dağlıq ərazidə baş verən yanğın qısa zamanda geniş əraziyə yayılıb. Bildirilib ki, tüstü təxminən 32 milyon insanın yaşadığı şəhərin mərkəzinə çatıb. Bələdiyyə rəsmiləri tərəfindən verilən açıqlamada yanğının nəzarət altına alındığı, tələfat olmadığı bildirilib. Yanğınsöndürən, polis və könüllülərdən ibarət 5 min nəfərlik qrup və 7 helikopter hadisəyə müdaxilə edib, 1500 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
7NEWS.az