Məşhur aktrisa: “Dünyanın ən yaxşı əri mənimdir” - FOTO

OXUNUB: 1126 ŞOU-BİZNES

34 yaşlı aktrisa Mila Kunis ilə 40 yaşlı aktyor Eşton Kutçer 3 ildir evlidir və onlar ailə səadətini heç vaxt gizlətmirlər.

İcmal.Az xəbər verir ki, aktrisa bir neçə gün əvvəl çəkildiyi "The Spy Who Dumped Me” filminin təqdimat mərasimində iştirak edib. Kino ulduzu təqdimatda jurnalistlərin ailə həyatı haqqında verdiyi sualları cavablandırıb. Mila bildirib ki, dünyanın ən yaxşı kişisi ilə evlidir:

"Dünyanın ən yaxşı əri mənimdir. And içirəm ki, bəxtim çox gətirib. Bütün ailəni yüksək səviyyədə dəstəkləyən, çox dözümlü və anlayışlı insanla yaşayıram".

 

İcmal.Az

RƏYLƏR