Məşhur aktrisadan ŞOK ƏMƏL: marketdən oğurluq edərəkən TUTULDU - FOTO

OXUNUB: 754 HADİSƏ

Məşhur amerikalı müğənni və aktrisa Lainie Kazanın Kaliforniya ştatının San Fernando şəhərində bir marketdən ərzaq oğurlamağa çalışarkən həbs olunduğu iddia edilib.

 TMZ-nin iddiasına görə, "Maria Portokalos” rolu ilə yaddaşlara həkk olunan Kazan ötən gün getdiyi marketdən 180 dollar məbləğində alış-verişinin pulunu ödəmədən çıxmağa çalışıb.

Məşhur aktrisanın sellofanlarda yeməklər gizlətdiyini görən market işçiləri polisə xəbər verib. O, işçilərdən üzr istəyərək yanında pulu olmadığı üçün ödəniş edə bilmədiyini deyib. Oğurluq cinayətinə görə saxlanılan və qandalla polis mərkəzinə aparılan Kazan girov ödəmədən azadlığa buraxılıb.

Sənətçi oğurluq iddiaları ilə bağlı heç bir açıqlama verməyib./publika

İcmal.Az

RƏYLƏR