Məşhur mafiya lideri: "Bərat Albayraq məni yox etmək istəyir" - VİDEO

OXUNUB: 1371 DÜNYA
Məşhur türkiyəli mafiya lideri Sədat Pekər Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayrağın onu yox etmək istədiyini açıqlayıb.
  7News.Az"cumhuriyət" qəzetinə istinadla xəbər verir ki, Sədat Pekər sosial şəbəkə vasitəsilə yaydığı videoda Bərat Albayrağın onu yox etmək istədiyini bildirib: "Bu barədə mənə dəfələrlə demişdilər, mən inanmamışdım. Sonuncu dəfə hava limanında mənim gedəcəyim təyyarə gözlədildi. Səbəbini soruşduğumda isə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın təyyarəsinin enəcəyini, bu səbəblə məni gözlətdiklərini bildirdilər. Ancaq həmin gün Ərdoğanın hər hansı uçuşu yox idi. Axşam mənə yaxın dostlarım zəng edib hadisənin əslini xəbər verdilər ki, bütün bu proseslər Bərat Albayrağın istəyi ilə olub və mənim xaricə çıxışımı qadağan etmək istəyibmiş. Bundan sonra mən tam olaraq əmin oldum ki, Bərat Albayraq məni yox etmək istəyir" Qeyd edək ki, Türkiyənin Xəzinə Maliyyə naziri Bərat Albayraq prezident Rəcəp Tayyip Ərdoğanın kürəkənidir. Sədat Pekərin hadisə barədə ətraflı çıxışını təqdim edirik:

7News.Az

RƏYLƏR