Məşhur xanım aparıcıdan İNANILMAZ SÖZLƏR: “Xəyanət etməyən kişi çox darıxdırıcıdır” - MÜSAHİBƏ

OXUNUB: 1104 SOSİAL

Hüsniyyə Məhərrəmova "Üç nöqtə” layihəsinin yarımçıq bəndlərinə gözlənilməz cavablar verib.

Publika.az-ın qonağı olan məşhur aparıcı xəyanət etməyən kişiləri darıxdırıcı adlandırıb.

- İndiki ağlım olsaydı...

- Ağlım həmişə eyni səviyyədədir, deyə bilmərəm ki, nə isə dəyişib.

- Zəmanət verə bilərəm ki...

- Heç nəyə zəmanət verə bilmərəm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Dünyaya sülh bəxş edərdim.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Bu barədə fikirləşmirəm, çünki onu elə də yaxşı görmürəm.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Yəqin ki, qadına xəyanət etməyən kişi çox darıxdırıcıdır.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Hər xanımın, ümumiyyətlə, hər insanın xarakteri fərqlidir. Belə bir fikir var ki, hər məhsulun öz alıcısı olur. Odur ki, sevilməyən qadın yoxdur. Loru dildə desək, ola bilsin ki, sadəcə o xanım hələ öz "alıcısı” ilə qarşılaşmayıb.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Ətrafımda yaşını gizlədən qadınlar yoxdur. Yaş məsələsi mənim üçün heç vaxt kompleks olmayıb, 36 yaşım var.

- Qadına qarşı şiddət...

- Əlbəttə ki, pisdir.

- Vicdanıma and olsun ki...

- İmkanım olsaydı, dünyanı dağıdardım.

- Təəssüf edirəm ki...

- Dünyanı dağıda bilmirəm (gülür).

- Vanqa nənə ilə görüşsəydim...

- Heç nə soruşmazdım. Vanqa olmasa da, başqa bir adamdan öz gələcəyim haqqında soruşmaq imkanım olub, amma heç nə soruşmadım. Sabahımı bilicəyəmsə, onda niyə yaşayıram ki? Bu, çox darıxdırıcı olar.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Get hoppan.

- Ən böyük səhvim o olub ki...

- Ən böyük səhvim hələ olmayıb. Qarşıdadır.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənha yaşayan adamın həyatı çox maraqsız olar.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Elə həmin an o adamın üzünə deyirəm ki, mənə danışırsan. Çəkinmirəm.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Dünya daha maraqlı olsun.

- Günahlarım yadıma düşəndə...

- Siyahı tuturam.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Günahları da, səhvləri də çox ola bilər, lakin əsas odur ki, mənalı ömür yaşasınlar.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Həyatda heç nə eyni ola bilməz axı. Bəzən ədalətsizliklə qarşılaşırıq, bəzən də ədalətin öz yerini tutduğunun şahidi oluruq. Ümumilikdə ədalətin var olduğuna inanıram.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Heç kimə nəyisə qadağan etmək olmaz, hamıya hər şeyi icazə verirəm. Amma kimsə mənə qarşı xoşagəlməz addım atıbsa, onunla mübahisəm bundan sonra başlayır.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Həmişə riskə gedirəm, adrenalin və həyəcan hissindən zövq alıram.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Bütün çıxılmaz vəziyyətlərin bir çıxış yolu var. Onu axtarıb tapmaq insanın özündən asılıdır.

- Yaxşı gündə, pis gündə...

- Valideynlərim hər zaman yanımda olsun.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram./publika

İcmal.Az


RƏYLƏR