“Meta” minlərlə insanı işdən çıxaracaq

OXUNUB: 391 Texnologiya Özəl
ABŞ-ın aparıcı biznes qəzetlərindən biri olan The Wall Street Journal yazıb ki, "Facebook”un ana şirkəti "Meta” çərşənbə günü kütləvi ixtisarlara hazırlaşır.

7NEWS.az xəbər verir ki, "Meta” WSJ-nin hesabatını şərh etməyib. WSJ mövzuya yaxın mənbələrə istinadən "Meta”nın minlərlə işçisi ilə yollarını ayıracağını açıqlayıb. Bunun Covid-19 pandemiyasından sonra ediləcək ən böyük ixtisar olacağı bildirilir. "Meta”nın 30 sentyabr tarixinə dünya üzrə təxminən 87.000 işçisi var.

"Meta”nın xalis mənfəəti ilin üçüncü rübündə 4,4 milyard dollara düşüb. Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz azalma deməkdir. Beləliklə, "Meta”nın bazar dəyəri son bir ildə 600 milyard dollar azalıb.

7NEWS.az

RƏYLƏR