"Metrolar, ticarət mərkəzləri açılmamalıdır"

OXUNUB: 932 SOSİAL
Təhlükə artır, qərarlar adekvat deyil

karantin rejiminin yumşaldılmasının birinci mərhələsi: + 15, ikinci mərhələ: - 311 nəfər

Bizi nə gözləyir?

Biz iqtisadçılar rəqəmlərlə danışmağı xoşlayırıq, baxmayaraq ki, Azərbaycan kimi qeyri-şəffaf ölkələrdə rəqəmlərə həmişə güvənmək olmur. Gəlin, ilk növbədə rəqəmlərə diqqət edək. Karantin rejimi 2 mərhələdə yumşaldılıb.
I. 27 Apel - 4 mayadək - bu dövrdə 287 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 302 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Balans: + 15
II. 4 Maydan başlayaraq - son 5 gündə 490 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 179 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Balans: -311.
Mayın 9-da 1 gün ərzində yoluxanların (143 nəfər), həm də ölənlərin sayı (3 nəfər) pik həddə çatıb.
Bu rəqəmlər göstərir ki, mayın 4-dən etibarən:
1) Azərbaycanın rayonlarında karantin rejimini əvvəlki duruma gətirilməməli;
2) Metronun fəaliyyəti bərpa olunmamalı;
3) Ticarət və xidmət obyektləri açılmamalı;
4) SMS-lərlə icazənin vaxtı artırılmamalı;
5) İş yerləri bərpa olunmamalı idi.
Görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ya reallıq hissini itirib, ya da gerçək vəziyyəti bilsə də müstəqil qərar vermək qabliyyətində deyil, sadəcə siyasi qərarları elan edir. Siyasi qərarların əsasında da iqtisadi maraqlar və mənafelər durduğu açıq görsənir. Belə olan halda risklər artır, təhlükələr çoxalır. Özünüzü qoruyun!

RƏYLƏR