Meymunla zarafatın sonu yaxşı olmadı – video

OXUNUB: 544 DÜNYA
Bütün dünya Çində baş verən bu hadisədən bəhs edir. Turistlərdən biri makaka meymununu zarafatla gölməçəyə itələyib salıb, amma bu zarafatının qarşılığını ağır ödəyib. Daha doğrusu, insanın bu hərəkətindən bərk əsəbləşən meymun bunu zarafat kimi qiymətləndirməyib. İndi zarafatcıl turistin halı həddindən artıq fənadır.

Çin Futszyan əyalətindəki məbədə gələn ziyarətçi həyətdə yaşayan meymunlardan biri ilə əylənmək qərarına gəlib və onu körpüdən suya itələyib alıb. Suya düşən zarafatı xoşlamayan meymun sürətlə oradan çıxaraq dərhal qəzəblə günahkar şəxsin üstünə hücum çəkib, sonra döyüşə silahdaşı da qatılıb.
 
Turist primatların qəzəbindən məbəddə gizlənməyə çalışıb, amma makakalardan biri onu orada da yaxalayıb. Təsadüfi şahidlərdən biri "başqasın quyu qazma” atalar sözünə oxşar hadisəni videoya köçürüb və sosial şəbəkələrdə paylaşıb.

Məbədə ziyarətə gedən digər turistlər qəzəbli meymunu küçəyə qovmağa müvəffəq olublar, lakin buna qədər meymun zarafatcıl turistin əlini və üzünü cırmağı bacarıb. Daha sonra onun özü yerli sosial şəbəkələrdə meymunla döyüşdən sonrakı halını paylaşıb. /bizimyolinfo.com


İcmal.Az

RƏYLƏR