7NEWS.az xəbər verir ki, Perunun Huallaqa əyalətinin Saposoa şəhərində orta məktəbi bitirərkən rəqs meydançası uçub. Şagirdlər rəqs edərkən döşəmənin çökməsi nəticəsində açılan çuxura düşüblər. Hadisə nəticəsində 29 şagird xəsarət alıb. Xəsarət alan tələbələrin sağlamlıq durumlarının yaxşı olduğu bildirilib. Qəzadan sonra hadisə yerinə gələn bələdiyyə rəsmiləri texniki baxışdan keçdikdən sonra buraxılış gecəsinin keçirildiyi məkanın binanın tikintisində səhlənkarlıq səbəbindən bağlandığını açıqlayıb. Rayonda yaşayan vətəndaşlar buranın əvvəllər xoruz döyüşü üçün istifadə edilən daha aşağı tikili olduğunu, lakin şadlıq otağına çevrilən zaman döşəmənin qaldırılmasında taxta materiallardan istifadə edildiyini bildiriblər.
7NEWS.az