“Microsoft” bazara yeni oyun avadanlığı çıxarıb

OXUNUB: 947 İQTİSADİYYAT

"Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni "Xbox One X” oyun avadanlığını nümayiş etdirib. 

İcmal.Az xəbər verir ki, bu oyun avadanlığı hazırda bazardakı ən güclü avadanlıq hesab edilir.

İstehsalçı iddia edir ki, avadanlıqdakı oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının bütün avadanlıqları arasında ən yığcamıdır. O, həmçinin "Xbox One S” üçün mövcud olan bütün cihazlarla uyğun gəlir. 

Yeni oyun avadanlığı bu ilin noyabrın 7-də satışa çıxarılacaq. Onun bazardakı qiyməti 500 dollar təşkil edəcək. 

İcmal.Az

RƏYLƏR