“Microsoft” işçilərinin təxminən 5 faizini ixtisar edəcək

OXUNUB: 259 Özəl DÜNYA
ABŞ-ın texnologiya şirkətlərindən biri olan "Microsoft” işçilərinin təxminən 5 faizini ixtisar etməyi planlaşdırır. 

7NEWS.az xəbər verir ki, Britaniyanın "Sky News” telekanalı şirkətin minlərlə insanı işdən çıxarmağa hazırlaşdığını bildirib. Xəbərdə 220 mindən çox işçisi olan "Microsoft"un işçi qüvvəsini təxminən 5 faiz azaltmağı planlaşdırdığı, bunun isə təxminən 11 min nəfərin işdən çıxarılması anlamına gəldiyi qeyd edilib. 

Bundan əlavə, "Bloomberg"in mövzu ilə bağlı anonim mənbələrə istinadən xəbərləri "Microsoft"un yanvarın 18-də bəzi mühəndislik bölmələrində ixtisara getməyi planlaşdırdığını bildirib. 

Digər tərəfdən, "Microsoft"un keçən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatının yanvarın 24-də açıqlanacağı gözlənilir, analitiklər isə şirkətin 2017-ci maliyyə ilindən bəri ən yavaş gəlir artımını qeyd edəcəyini gözləyirlər. 

7NEWS.az

RƏYLƏR