Millət vəkili Jalə Əhmədova Fəxri üzv seçildi

OXUNUB: 417 Özəl SOSİAL
                    
Fevralın 8-də "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Milli Məclisin deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paraolimpiya komitəsinin idarə heyətinin üzvü,  hüquq elmləri magistrı Jalə Fərhad qızı Əhmədova AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib.

Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
 "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin mətbuat xidmətindən  verilən məlumata əsasən,  qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

RƏYLƏR