Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi

OXUNUB: 399 Özəl SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü əsasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Ucar rayonunda şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə dəstək məqsədilə hər il ənənəvi olaraq keçirilən "Həmrəylik" aksiyasına başlanılıb. Dəstək aksiyasının ilk mərhələsində 100-lərlə Ucar rayon sakininə ərzaq bağlamaları təqdim edilib, həmçinin vətəndaşların problemləri və onları narahat edən məsələlər öyrənilib. 

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə xoşniyyətli şəxslərə dərin təşəkkürlərimizi bildiririk.

Onu da qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.

Son olaraq bildiririk ki, "Həmrəylik" aksiyası dekabr ayının sonuna qədər davam edərək, 300-dən çox ailəni əhatə edəcəkdir.
 




 

RƏYLƏR