Millət vəkilinə sui-qəsd: "Bu işdə Rusiyanın əli var"

OXUNUB: 883 HADİSƏ SİYASƏT
Ötən gün "Espresso" telekanalının binası önündə baş verən partlayışda Ali Radanın "Radikal" partiyasının deputatı İqor Mosiyçuk ağır yaralanmışdı. Milət vəkili bunu sui-qəsd adlandırıb.
İcmal.Az  publika.az-a istinadən xəbər veri ki, Ukrayna daxili işlər nazirinin müavini Anton Qaraşenko Ramzan Kadırovun 2014-cü ildəki çıxışına diqqət çəkərək ötən gün paytaxt Kiyevdə baş verən partlayışda "rus əli" olduğunu deyib:
"Rusiyanın xüsusi xidmət orqanlarının işi ola bilər. Onlar bir neçə dəfə ölkədə daxili qarşıdurma yaratmağa çalışıblar. Konkret sübutlarımız var."
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə ölkəsinin bu hadisə ilə heç bir bağlantısının olmadığını açıqlayıb.
 
İcmal.Az

RƏYLƏR