Milli iradəmizin zəfər çaldığı 20 Yanvar Ümumxalq Hüzn Günündə gənclər faciə qurbanlarının xatirəsini yad edib

OXUNUB: 425 SOSİAL
 
 
"Mingəçevir Gənclər Evi" sosial xidmət müəssisəsi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. 
Əməkdaş və könüllülər 20 Yanvar abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
"Canlı şahid" adı ilə keçirilən dəyirmi masada hadisələrin canlı şahidi olan Mingəçevir Dövlət Universitetinin dosenti Mehman Rəsulov gənclərə qanlı hadisələrə aparan tarixi şəraitdən, 20 Yanvar faciəsininin xalqımızın taleyində oynadığı roldan danışıb. Müzakirə formatında keçən görüşdə gənclər faciə qurbanlarını dərin hüzn və ehtiramla anıb, onların xatirəsini əbədi yaşadacaqlarını və bu dəhşətli hadisəni unutmayacaqlarını bildiriblər. Xalqımıza qarşı törədilən cinayətə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinin tarixinə toxunan hadisənin şahidi və müəssisənin əməkdaşları bu hadisələrin nə qədər dəhşətli olsa da, xalqımızın mübarizə əzmini qıra bilmədiyini vurğulayıb. 
Mingəçevir Gənclər Evi və "İşıqlı Gələcək" GİB-in birgə təşkilatçılığı ilə təşkil olunan "Dəyişməyən yaddaş" kitab və rəsm sərgisində   tələbə və gənclərin 20 Yanvar hadisələrinə həsr olunan əsərləri və faciə ilə bağlı yazılan kitablar nümayiş olunub. 
Mingəçevir Gənclər Evinin üzvlərinin hazırladığı "Unudulmayan dərs" qısametrajlı filmi gənclərə təqdim edilib.  filmdə 20 Yanvar hadisələri, xalqımızın bu dəhşətli faciəyə baxmayaraq nümayiş etdirdiyi birlik, mübarizə əzmi əksini tapıb. Filmin təqdimatından sonra gənclər 20 Yanvar hadisələrini müzakirə edib, faciənin daha geniş miqyasda tanıdılması üçün görülə biləcək işlərdən danışıblar.
No description available.
No description available.

RƏYLƏR