Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli “Mingəçevir reqatası-2022” yarışında iştirak edib

OXUNUB: 1555 Özəl İDMAN
7NEWS.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli "Mingəçevir reqatası-2022” yarışında iştirak edib.Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparıb.

Suqovuşanda startı verilən yarışın son 2 günü "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Reqatanın sonuncu günündə kayak, kanoe və avarçəkmə üzrə 8 kateqoriyada qaliblər müəyyənləşib. Azərbaycan təmsilçiləri 3 gün davam edən yarışı müxtəlif kateqoriyalar üzrə 26 medalla başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub.Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı olub və qaliblər mükafatlandırılıb. Mükafatları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər təqdim ediblər.

RƏYLƏR