“Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” MDU-nu yeni dövrün universitetinə çevirməyi hədəfləyir

OXUNUB: 397 Özəl SOSİAL
7News.Az xəbər verir ki, "Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” MDU-nu yeni dövrün universitetinə çevirməyi, Mingəçevir şəhəri və ətraf regionların inkişafına töhfə verməyi, regional ekosistemin drayveri rolunda çıxış etməyi, ölkənin qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi və nəticəyönümlü elmi tədqiqatların aparılmasına nail olmağı hədəfləyir.
Sənədin hazırlanması zamanı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, Azərbaycanda təhsilin inkişafı ilə bağlı müəyyən edilmiş dövlət siyasəti, milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan trendlər, MDU-nun real və potensial imkanları nəzərə alınıb.

MDU yeni dövrün universitetinə çevrilir!

RƏYLƏR