Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edildi

OXUNUB: 514 SOSİAL
Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin yaz semestrinə hazırlığın vəziyyətini müzakirə edildi.
Versus.az xəbər verir ki, rektor Şahin Bayramov dekanlar, kafedra müdirləri və digər inzibati-rəhbər heyəti üzvlərinin iştirak etdiyi görüşdə bakalavriat və magistratura səviyyələrində dərs qrafikinin hazırlanması, buraxılış işi və magistr dissertasiyalarının yazılması, təcrübələrin təşkili, tədrisin keyfiyyəti üzrə monitorinqlərin aparılması, tələbələrlə işin gücləndirilməsi haqqında geniş fikir mübadiləsi aparıb.
Növbəti semestr ərzində "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək tədbirlər, "MDU 2030: İnkişaf Strategiyası”nın icrası, elmi tədqiqatların səmərəliliyinin artırılması, nəzərdə tutulan elmi konfranslar, cəmiyyətə faydalı sosial fəaliyyətlər, beynəlxalq əməkdaşlıq və digər vacib məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Görüşdə MDU-nun 16 fevral 2024-cü il tarixində start götürəcək yaz semestrinə tam hazır olması qənaətinə gəlinib.
Sonda rektor Şahin müəllim yaz semestrində tələbə, magistrant və akademik-inzibati heyət üzvlərimizə yeni-yeni nailiyyətlər arzulayıb!

RƏYLƏR