Mingəçevir Dövlət Universitetində Xocalı faciəsi: bu qan yerdə qalmadı” mövzusunda elmi konfrans keçirildi

OXUNUB: 649 Özəl SOSİAL
7news.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Xocalı faciəsi: bu qan yerdə qalmadı” mövzusunda elmi konfrans keçirildi.
Konfransda Xocalı qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra qpyqırımdan bəhs edən videoçarx izlənildi.
Rektor Şahin Bayramov konfransda Xocalı qoyqırımı haqqında geniş nitq söyləyərək açılış etdi. Xocalı faciəsini insanlığa qarşı cinayət və erməni vandalizminin nümunəsi kimi xarakterizə edildi.
Faciəyə hüquqi-siyasi qiymətin Ümummilli Lider tərəfindən verildiyini vurğulandı və Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli ordumuzun şücayəti sayəsində hazırda Xocalıda quruculuq işlərinin aparılmasının hər birimizə sonsuz qürur hissləri yaşatdığı diqqətə çatdırıldı.
Konfransda MDU müəllimləri "Soyqırım – sosial-kulturoloji anlayış kimi”, "Ermənilərin tarixi torpaqlarımızda törətdiyi soyqırımlar qan yaddaşımızdır”, "Azərbaycanın əfsanə və rəvayətlərində soyqırım və milli yaradılış məsələsi” və "Böyük Qayıdışın yeni ünvanı – Xocalı!” mövzusunda məruzələr etdilər.
 
 



 
 

RƏYLƏR