Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov RISEBA Tətbiqi Elmlər Universitetinin rektorunun qonağı olub

OXUNUB: 298 Özəl SOSİAL
7news.az xəbər verir ki, rektor Şahin Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasında olan səfirliyinin dəvəti ilə Bakıya şəhərində RISEBA Universitetinin rektoru Lucija Rutkayanın qonağı olub. Görüşdə Mingəçevir Dövlət Universiteti (MDU) ilə Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti arasında potensial əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
RISEBA Universitetinin rektoru, idarə heyəti üzvlərinin və prorektorları ilə keçirilən məhsuldar görüşdə Azərbaycanın Latviyadakı Səfirliyinin diplomatı Bəxtiyar Musayev də iştirak edirdi.
MDU-nun rektoru Şahin Bayramov dəvətə və qonaqpərvərliyə görə rektor həmkarı, professor Lucija Rutkaya təşəkkür edib.
 
 
 

RƏYLƏR