Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Universitetin şəhid məzunlarının ailələrini ziyarət edib

OXUNUB: 435 Özəl SOSİAL
44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhid qardaşlarımızın içində Mingəçevir Dövlət Universitetinin məzunu olmuş şəhidlərimiz də var.
Hər il olduğu kimi bu il də, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Universitetinin şəhid məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin ailə üzvlərini əməkdaşlarla birlikdə ziyarət edib.
Rektor Şahin Bayramov Şəhid qardaşlarımızın əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anıb, onların doğmalarını Ramazan bayramı münasibətilə təbrik edib.
Allah bütün ŞƏHİD qəhrəmanlarımıza rəhmət eləsin, tutulan orucları qəbul etsin!
 



 

RƏYLƏR