Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Universitetin TGT-nın sədrini təbrik edib

OXUNUB: 584 Özəl SOSİAL
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən elan edilən Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədr seçkiləri uğurla başa çatmışdır.
Universitetin tələbələri arasında aparılan səsvermə nəticəsində Aslan Ələkbərzadə səs çoxluğu ilə sədr seçilmişdir.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov sosial media hesabında universitetin tələbəsi Aslan Ələkbərzadəni Tələbə Gənclər Təşkilatının (TGT) sədri seçilməsi münasibətilə təbrik edib. Mingəçevir Dövlət Universitetində təhsil alan bütün tələbələrin bizim üçün əziz olduğunu qeyd edən Şahin Bayramov TGT-nun uğurlarının əsasında komanda işinin dayandığına inandığını vurğulayıb.
Bundan əlavə tələbələri Universitetin TGT-nin fəaliyyətində aktiv iştiraka dəvət edib və eyni zamanda Tələbə Gənclər Təşkilatının fəaliyyətinə bütün zəruri dəstəyin göstəriləcəyini bildirib.
Sonda rektor Şahin Bayramov MDU TGT sədri seçkilərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) üzvlərinə təşəkkür edib.

RƏYLƏR