Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

OXUNUB: 424 SOSİAL
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin təməlində hər zaman vətəndaş amili dayanır. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı səsləndirdiyi fikirlərdən də aydın şəkildə görmək olur.  Bu məqsədlə Mingəçevir şəhərində hər həftənin cümə günü icra başçısı sakinlərlə səyyar görüş keçirir. Bu dəfə isə şəhərin Ş.İ.Xətai 7,8,9 və bu əraziyə yaxın olan binaların sakinləri ilə keçirilib. Onu da qeyd edək ki, sakinlər bu görüşlərin keçirilməsindən məmnun olduqlarını bildirirlər. Onlar sərbəst şəkildə onları narahat edən problemləri dilə gətirdilər. Mingəçevirdə işsizliklə bağlı olan problem önə çəkildi, digər problemlər isə 5 saylı marşurut avtobusunun bərbad vəziyyətdə olması,binaların zirzəmilərində olan kanalizasiya xətlərinin nasaz vəziyyətdə olması,4 və 14 nömrəli bagçanın həyətlərində təhlükə yaradan quru ağacların götürülməsi və digər şəxsi məsələlərə toxunulub.Bütün problemləri dinləyən icra başçısı İlham İsmayılov hər bir qaldırılan məsələləri qeydiyyata götürdü. Sakinlərə bildirdi ki,şəhərin A.Məmmədov,N.Nərimanov istiqamətindən kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılıb. Həmçinin 50-60-ci illərin inşası olan binalarda təmir işləri  həyata keçirilir.

Qeyd edək ki, bu ünvanda yaşayan sakinlər uzun illərdən bəri həll olunmayan problemləri deyiblər. Başçı sakinlərə söz verdi ki,qaldırılan və həlli vacib olan məsələlərə baxılacaq. Mərhələli şəkildə bütün bu işlər həyata keçiriləcək.

RƏYLƏR