Mingəçevirdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manat pulunu talayan şübhəli şəxs saxlanılıb

OXUNUB: 1061 HADİSƏ
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb. 

Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib. 

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib. Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in "102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.

RƏYLƏR