Mingəçevirdə 29 yaşlı oğlan özünü yandırdı

OXUNUB: 705 HADİSƏ

Mingəçevir şəhərində 29 yaşlı oğlan özünü yandırıb.

Hadisə oktyabrın 3-də şəhərin F.Əzimov küçəsi bina 33, mənzil 35-də baş verib. Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Nağıyev İlkin Faiq oğlu gecə saat 04:00-radələrində üzərinə alışdırıcı maddə tökərək özünü yandırıb. Yaralı ailə üzvlərinin köməyi ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

 

İcmal.Az

RƏYLƏR