Mingəçevirdə avtomobil sexi yandı

OXUNUB: 739 HADİSƏ
Mingəçevir şəhərində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 30 kvadrat metr olan avtomobil təmiri sexi yanıb. Belə ki, avtomobil sexinin lambirindən ibarət üzlüyü 6 kvadrat metr sahədə və sexdə təmirə dayanmış "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 

İcmal.Az

RƏYLƏR