Mingəçevirdə baba laqonda ilə nəvəsinin ayağını kəsdi

OXUNUB: 652 HADİSƏ

Mingəçevir şəhərində baş verən bədbəxt hadisə nəticəsində 14 yaşlı uşaq xəsarət alıb.

 Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44-də işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib. /report

 

İcmal.Az

RƏYLƏR