Mingəçevirdə çayxana tamamilə yanıb – VİDEO

OXUNUB: 317 HADİSƏ
Ötən gecə Mingəçevir şəhəri M. Füzuli küçəsində yerləşən çayxanada yanğın baş verib.

Çayxana bütün əşyaları ilə birlikdə yanıb.
Hadisə ilə əlaqədar çayxananın işçisi Mahir Əliyev bildirib ki, gecə yarısı çayxananı bağlayıb gediblər:
"Gecə saat 02:56 radələrində xəbər tutduq ki, çayxanada yanğın olub. Dərhal hadisə yerinə gəldik və gördük ki, artıq yanğından mühafizə dəstəsi yanğını söndürüb. Çayxana tamamilə yanıb. Hadisənin baş vermə saəbəbi bilnmir. Yəqin ki, araşdırılma aparıldıqdan sonra məlum olar”.
Hadisə zamanı xəsarət alan olmasa da, çayxana sahibinə külli miqdarda ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır./yeniavaz

RƏYLƏR