Mingəçevirdə icra baçısının iştirakı ilə 'Zəfər abidəsi'nin açılışı olub - FOTOLAR

OXUNUB: 985 SOSİAL
Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün Mingəçevirdə” Vətən fədailəri” abidəsi ucaldılıb. 

İcmal.Az xəbər verir ki, bu gün Mingəçevir yaşayış massivində abidənin açılış mərasimi keçirilib.  Mərasimdə "Vətən fəadiləri”adlandırılan abidəni ucaldan və layihəsini işləyib hazırlayan təşkilatçı, kənd sakinlərindən Etibar Əhmədov çıxış edərək  qeyd edib ki, bütün sakinlər abidənin ucaldılmasında həmrəy olub:
"Kəndimiz  vətənpərvərlik, birlik nümayiş etdirərək bu abidəni ucaltdı. Bundan əvvəl də 2003-cü ildə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaltmışdıq. Hər bir vətəndaşın bizə bu zəfəri yaşadan igid oğullarımıza borcu var. Qarabağ uğrunda Vətən müharibəsində qazanılan müqəddəs qələbədən keçir bu günün Azərbaycanın yüksəlişi, milli istiqlalımızın tale yolları. Biz də kənd sakinləri olaraq vətən oğullarına o borcun kiçik bir hissəsini ödəməkdən ötrü bu təşəbbüsü göstərdik”.
Açılış mərasimində iştirak edən şəhər icra hakimiyyətinin başçısı İlham ismayılov bildirib ki, vətən üçün canından keçən igidlərimizi daima yaşatmalıyıq:
"Onlar bizim qəlbimizdə, ürəyimizdə yaşamalıdırlar. Mən hər bir şəhid valideyini qarşısında baş əyirəm, siz ən yüksək ehtirama, ada layiqsiniz. Təşəkkürümü bildirirəm bu abidəni ərsəyə gətirən kənd sakinlərinə. Bu abidənin qarşısında baş əymək hər bir azərbaycanlının borcudur”.
Daha sonra şəhid anaları, kənd ağsaqqalları və Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış edib, qəhrəman oğullarımızın igidliyindən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümüz təmin edildi, şəhidlərimizin qisası alındı.
Qeyd edək ki, Mingəçevir kəndinin vətənpərvər oğulları Qarabağ savaşında canla-başla iştirak edib. Mingəçevir kəndindən ikinci Qarabağ müharibəsində 104 nəfər iştirak edib. Onlardan 5 nəfəri şəhid olub. Birinci Qarabağ müharibəsində isə kənddən 107 nəfər iştirak edib, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sonra abidə ziyarət edilib, önünə tər çiçəklər düzülüb. Başçı vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən stendlərə də baxış keçirib.


RƏYLƏR