Mingəçevirdə kişi 21 yaşlı arvadını döyərək bıçaqladı

OXUNUB: 727 HADİSƏ
Mingəçevir şəhərində 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Hadisə şəhərin Heydər Əliyev prospekti, 82/24 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Günel Rəhman qızı İsmayılova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır./report
 
 
 
İcmal.Az

RƏYLƏR