Mingəçevirdə partlayış nəticəsində dağıntılara məruz qalan evlərin sayı AÇIQLANDI

OXUNUB: 456 HADİSƏ

Mingəçevirdə partlayış nəticəsində dağıntılara məruz qalan evlərin sayı 17 - yə çatıb. 

Hazırda şəhərin Günəşli qəsəbəsində evlərdən birində baş verən partlayış nəticəsində zərərçəkən yaşayış obyektlərinin sayı dəqiqləşdirilir. Aparılan araşdırma nəticəsində dağıntılara məruz qalan 17 evin olduğu məlum olub. 
Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən  "Unikal"-a verilən məlumata görə, zərər görən 4 evdə təmir işləri aparılır. Dağıntılara məruz qalan digər ailələr isə müvəqqəti olaraq yaxınlarının evlərində məskunlaşıblar. Dağıntılar və zərər üzrə qiymətləndirmə aparılır və yekunları ilə bağlı zəruri addımlar atılacaq./"Unikal"-ın

 

7News.Az

RƏYLƏR